FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi əməkdaşlarının iştirakı ilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması” və “Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda Azərbaycan Respublikasında əhalinin köçürülməsi” mövzularında nümunəvi dərs keçirilib.
MilliYol.Az xəbər verir ki, dərsin keçirilməsində məqsəd Polis Akademiyasında təhsil alan kursant heyətinə mülki müdafiə biliklərinin aşılanmasına dəstək, eləcə də onların sülh və müharibə dövrlərindəki fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması olub.
Nümunəvi dərs zamanı Baş idarənin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid videoçarxlar nümayiş etdirilib.
Həmçinin, dərs zamanı mövzu ilə bağlı suallar ətraflı cavablandırılıb.