Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Öz işini qur” layihəsi davam edir.
Layihə çərçivəsində keçirilən 2-ci təlim "Biznes planlaması və biznes quruculuğunda lazım olan əsas praktik bacarıqlar" mövzusunda olub.
Karyera psixoloqu, biznes təlimçisi Orxan Mahmudovun keçdiyi təlimin 1-ci hissəsində biznes planlamasının əhəmiyyəti, elementləri və əsas qaydaları barədə danışılıb.
Təlimin 2-ci hissəsində iştirakçılar komandalara bölünərək, biznes plan yazılması qaydaları ilə praktik tanış olublar. Həmçinin, praktik biznes oyunu keçirilib.
Təlim ümumilikdə interaktiv keçirilib və iştirakçıların biznes ideyaları müzakirə olunub.
Qeyd edək ki, layihənin rəhbəri Sevinc Fədai, layihənin iştirakçıları həssas qrupa daxil olan və sahibkarlıqla məşğul olmaq istəyən xanımlardır.