Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nazim Adil oğlu Səmədov Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, səfir təyin edilən Nazim Səmədov sabiq nazir müavinidir. O, 2011-2018-ci illərdə mədəniyyət və turizm nazirinin müavini olub.
Nazim Səmədov 2018-2022-ci illərdə Vergilər Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti adlanır) Aparat rəhbəri vəzifəsini tutub. 2022-ci ilin fevral ayından sonuncu təyinatadək iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.
Ailəlidir, iki qızı və bir oğlu var.
Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə Oktay Sudef oğlu Qurbanovu Azərbaycanın Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Portuqaliya Respublikasında, Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıb.