"Rusiya səfiri Andrey Karlovun Ankarada vurulması və ağır yaralanması Moskvanın Suriyada Bəşər Əsədə verdiyi dəstək və Hələb şəhərinin Əsəd ordusunun nəzarəti altına keçməsi ilə bağlıdır”.
MilliYol.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyədə Rusiya səfirinin güllələnməsi olayını şərh edərkən deyib.
Politoloq bildirib ki, Rusiya tərəfinin ilk reaksiyası sərgiyə qatılan səfirin təhlükəsizliyinin təmini ilə bağlı olacaq: "Səfirə kimin atəş açdığı da vacibdir. Əgər Rusiya səfirini İŞİD deyil, Suriya silahlı müxalifətinin təmsilçisinin vurduğu təsdiq olunarsa, Moskvanın Ankaradan tələbi Suriyanın silahlı müxalifətinə dəstəkdən əl çəkməsi olacaq. Moskvanın Ankaraya ünvanlayacağı əsas mesaj bu olacaq: "Bu da Sizin dəstək verdiyiniz hərbi müxalifət. Onların İŞİD-dən heç bir fərqi yoxdur”. Türkiyənin problemi az idi, biri də əlavə olundu”.
Elxan Şahinoğlunun fikirincə, bu olay təyyarə olayında olduğu kimi Rusiya-Türkiyə münasibətlərinə mənfi təsir etməyəcək: "Əksinə Ankara əlindən gələn hər şeyi edəcək ki, Suriya məsələsində Moskva ilə ortaq məxrəcə gəlsin. Çünki, Ankara səfirin vurulmasına görə üzərində mənəvi məsuliyyət hiss edəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...