Rusiyadan Türkiyədəki səfir Andrey Karlovun Ankarada qətlə yetrilməsi ilə bağlı ilk açıqlama gəlib.
MilliYol.Az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyini bildirib: "Xarici İşlər Nazirliyi hücumla bağlı açıqlamanı yaxın vaxtda yayımlayacaq. Mediadan sadəcə rəsmi məlumatları diqqətə almağı xahiş edirik".
Kremlin sözcüsü Dmitri Peskov isə bildirib ki, prezident Vladimir Putinə Ankaradakı hadisə ilə bağlı məlumat verilib və kəşfiyyat orqanları tərəfindən ilk hesabat təqdim olunub: "Bütün məlumatlar araşdırılır".
ABŞ-dan da məsələ ilə bağlı ilk açıqlama gəlib. ABŞ Xarici İşlər Nazirliyinin sözcüsü Con Kirbi "Səbəbi nə olursa-olsun, bu hadisəni şiddətlə qınayırıq" deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...