İctimai fəal Namazov Cəbrayıl Malik oğlu 10 suktka müddətinə həbs edilib.
Milliyol.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Ailəsinin bildirdiyinə görə, sosial şəbəkələrdə ölkədə baş verən hadisələrə, bahaçılığına, məmur özbaşınalığına etiraz etdiyinə görə Namazov Cəbrayıl 2016-cı il oktyabrın 2-də səhər saatlarında kirayə qaldığı mənzildən çıxarkən mülkü geyimli polislər tərəfindən həbs edilib.
Nəsimi rayon məhkəməsinə aparılan Namazov Cəbrayıla vəkil tutmağa da imkan yaradılmayıb.
Nəticədə Namazov Cəbrayıl Nəsimi rayon məhkəməsinin qərarı ilə 10 sutka müddətinə həbs edilib.
Hazırda 2 gündür Binəqədi təcridxanasında olan Namazov Cəbrayıl ilə ailəsi telefonla danışa bilmir. Ailəsi qeyd edir ki, Cəbrayılın telefonla danışmasına məhdudiyyət çox güman ki, onun hansısa fiziki zorakılıq gördüyünə görədir.