• Xəbər lentİ
Fləş

Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO)

08:48 / 29.09.2023

Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

16:45 / 29.09.2023

Yevlax görüşü başa çatdı (FOTO/YENİLƏNİB)

16:27 / 29.09.2023

Dövlət Su Ehtiyatları Agentliyi Sərsəng su anbarına nəzarət etməyə başladı

15:31 / 29.09.2023

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

13:30 / 29.09.2023

Prezident və Birinci vitse-prezident Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıb

13:21 / 29.09.2023

Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır

12:54 / 29.09.2023

Prezident Zəngilanda keçirilən Forumun açılışında iştirak edib (FOTO/YENİLƏNİB)

12:31 / 29.09.2023

DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi

11:52 / 29.09.2023

Qənirə Paşayeva dəfn olundu (FOTO/YENİLƏNİB)

11:13 / 29.09.2023

Azərbaycan polisi Xankəndidə (VİDEO)  

11:02 / 29.09.2023

Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxacaq

10:28 / 29.09.2023

Azərbaycanda 28 il əvvəl əsgər yoldaşını öldürən tutuldu

10:15 / 29.09.2023

Pandemiya yenidən qayıda bilər? - Professordan cavab

10:13 / 29.09.2023

Deputat vəfat etdi - Milli Məclisdə neçə boş yer var?

09:43 / 29.09.2023

Xankəndinin təhvil-təslim prosesi niyə üç ay davam edəcək? - DETALLAR

09:23 / 29.09.2023

Xocavənd şəhərindən ilk görüntülər (VİDEO)

09:19 / 29.09.2023

NATO PA Zəngəzur dəhlizi ilə bağlı təklifi qəbul etdi

09:10 / 29.09.2023

Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

08:59 / 29.09.2023

Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO)

08:48 / 29.09.2023

Qənirə Paşayevanın son müsahibəsi (VİDEO)

08:39 / 29.09.2023

Professora Naxçıvanda vəzifə verildi

08:30 / 29.09.2023

ATU-nun 2 milyonluq yataqxana təmiri - Qalib 6 manatlıq şirkətdir

18:49 / 28.09.2023

Şöbə müdiri işdən çıxarıldı

17:24 / 28.09.2023

İlham Əliyev Zəngilan kəndinin təməlini qoydu (YENİLƏNİB)  

17:12 / 28.09.2023

Erməni sakinlərin qeydiyyata alınması üçün portal yaradıldı

16:38 / 28.09.2023

Özəlləşdirmə çeki sahiblərinə dəstək: “İnsanların hüquqları bərpa edilməlidir”

16:32 / 28.09.2023

Ramin Məmmədov Yevlaxda yenidən Qarabağ ermənilərinin nümayəndələri ilə görüşəcək

15:11 / 28.09.2023

Mərkəzi Asiyada su probleminin aktuallığı və onun həlli yolları

14:56 / 28.09.2023

Azərbaycan XİN erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırdı

14:24 / 28.09.2023

Rəsmi Bakı Ermənistan XİN-ə cavab veridi

13:50 / 28.09.2023
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 30 Sentyabr 2023
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Tarix

Əmir Teymurun Qarabağ sevgisi: Beyləqanı niyə bərpa etdirib?

13:00 16.10.2022 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
(Beyləqan şəhərinin yenidən bərpasının 620 illiyinə)
 
"Güc - ədalətdədir!” 
 
"Biz kim, məliki-Turan, əmiri Türküstan, millətlərin ən uluğu bolğan türknün baş boğunumuz!"
Əmir Teymur Korağan
 
Son illərdə türkdilli dövlətlər rəhbərlərinin, xüsusən, Türkiyə, Azərbaycan və Özbəkistan prezidentlərinin ikitərəfli və çoxtərəfli görüşlərdəki çıxışlarında diqqəti cəlb edən türk birliyi ideyası və böyük Turan idealı mədəniyyətimiz tarixinin ortaq maraqlarla bağlı bir sıra məsələlərinə yeni və çağdaş baxışı gündəmə gətirməkdə.
 
Bu mənada və müstəvidə dünya tarixinin ən böyük şəxsiyyətlərindən biri olan Əmir Teymurun (1336-1405) fəaliyyətini obyektiv və hərtərəfli qiymətləndirmək üçün "Əmir Teymur və ümumtürk İntibahı”, "Əmir Teymur və Turan mədəniyyəti”, "Dünya ədəbiyyatı və incəsənətində Əmir Teymur obrazı”, "Dünya tarixində Əmir Teymurun yeri və mütərəqqi rolu” kimi mövzuları yenidən və dərindən işıqlandırmaq çağdaş elmimizin və dövrümüzün qarşısında duran ən mühüm və aktual vəzifələrdən biri sayılmaqdadır. Yeri gəlmişkən, Özbəkistan Prezidentinin aşağıdakı siqlətli tezisi bu sahədəki yeni yanaşmalar üçün artıq bir məşəl rolunu oynamaqdadır:
 
"On beşinci əsrdə Sahibqiran Əmir Teymur babamız əsasını qoyan və onun layiqli varisləri davam etdirən möhtəşəm səltənət yurdumuzda İkinci İntibah, yəni İkinci Renessans dövrünü başladı”. (Rəfiqov Q. Mənim Prezidentim! – Daşkənd, "Akademnəşr”, 2021, s.254)
 
Əsrlər ərzində Əmir Teymurun nüfuzuna ləkə vurmaq məqsədi ilə Foma Metsopski başda olmaqla, bədnam erməni "tarixçi”lərinin və onların dəyirmanına su tökən Qərb tədqiqatçılarının qərəzli niyyətlərinə gəlsək, onların böyük cahangiri "zalımlıqda və qəddarlıqda” suçlamalarına ən tutarlı cavabı elə görkəmli Qərb alimlərinin özləri veriblər. Belə ki, A.Vamberi, V.Bartold, L.Keren kimi elmi nüfuz sahiblərinin və başqa tanınmış şərqşünasların fikrinə görə hər cür qondarma miflərlə və uydurma dəlillərlə dünyanın müxtəlif yerlərində dağıdılması Əmir Teymurun adına çıxılan bir sıra memarlıq abidələri və erməni-yunan kitabxanaları böyük cahangirin özündən bir neçə əsr sonra da heç bir xəsarət almadan öz mövcudluğunu davam etdirir (Vamberi A.Puteşestviye po Sredney Azii, Moskva, ”Vostoçnaya literatura”, 2003, s.153; Ataev T.Fenomen Amira Timura (Vzqlyad iz dnya seqodnyaşneqo), Taşkent, "Bilim və intellektual səlahiyyət” 2019, s.91-94 və s. və i.a.)
 
O başqa məsələdir ki, Əmir Teymur hər şeydən öncə, mərkəzləşmiş türk dövlətini və Turan səltənətini yenidən bərpa etmək (Alp Ər Tüngədən - Əfrasiyabdan sonra) uğrunda mübarizə aparırdı və bu böyük amal yolunda əsasən türk mənşəli xalqlar yaşayan bölgələrdə, qismən təhlükə törədən başqa yerlərdə qarşısına çıxan hər hansı maneəni, yaxud müqavimət göstərən və onun təklifləri ilə razılaşmayan hər hansı qüvvəni öz dövrünü tələbləri və şərtlərinə uyğun olaraq, ən sərt şəkildə olsa belə, aradan qaldırmağa məcbur idi. Əsas mövzumuzdan uzaqlaşmamaq üçün burada yalnız bir misalla kifayətlənməli olacağıq. Məsələn, 1386-cı ildə Əmir Teymur öz ordusu ilə Təbrizdə olarkən gürcü qoşunlarının artıq cahangirin himayəsində olan Naxçıvana hücum etdiklərini eşidib qəzəblənir və Kaxetiyaya qoşun yeridib, gürcü qüvvələrini darmadağın etməli olur (Ataev T. Göstərilən əsəri, s.85-87). Bir sözlə, sonuncu cahangirin ömürboyu hansı amal uğrunda çarpışdığına və fəth etdiyi yerlərdə dinc əhali ilə necə rəftar etdiyinə əmin olmaq üçün uzağa getmədən onun öz diktəsi ilə yazılan "Teymur tüzüyü” (Tüziki-Timur) traktatını diqqətlə nəzərdən keçirmək yetərlidir (Ulojenie Timura, predislovie k izdaniyu faksimile” Ulojenie Timura” akad.İ.Muminova, Taşkent, izdatelstvo "Fan”, 1986, 144 str.)
 
Xoşbəxtlikdən, bir özbək deyimində söyləndiyi kimi, "ayı ətək altında gizlətmək olmaz”, yəni həqiqəti tamamilə it-bata salmaq mümkün deyil. Belə ki, Əmir Teymurun fəth etdiyi bir çox yerlərdə, o cümlədən, Azərbaycanda ciddi quruculuq və abadlıq işləri ilə məşğul olması bir sıra mötəbər tarixi mənbələrdə silinməz izlər buraxıb. Bu diqqətəlayiq xeyirxah addımlardan biri də Azərbaycan mədəniyyətinə Beyləqani təxəllüslü neçə-neçə şair və mütəfəkkirlər bəxş etmiş, arxeoloji tapıntılarının qədimliyi və zənginliyi ilə yurdumuzun ən qədim yaşayış məskənlərindən sayılan və 1221-ci ildə monqol istilaçıları tərəfindən yerlə yeksan olunmuş məşhur Beyləqan şəhərinin (Bartold V.V.Soçineniya, tom VII, Moskva,” Nauka”, 1971, s.214) Əmir Teymur tərəfindən yenidən bərpa edilməsi ilə bağlıdır.
 
Qədim Beyləqan şəhəri
 
Ən kütləvi elmi nəşrlərdə belə öz əksini tapan bu danılmaz faktı (Azərbaycan Sovet və Azərbaycan Milli Ensiklopediyalarının "Beyləqan” məqalələri) sovet dönəmində ilk dəfə geniş şəkildə elmi dövriyyəyə gətirən tanınmış Azərbaycan arxeoloqu Q.M.Əhmədov olub. Alim "Sovetskaya arxeologiya” jurnalının 1964-cü il, 1-ci sayının 272-281-ci səhifələrində yer alan "Beyləqan şəhərinin "Teymur divarı” haqqında” adlı məşhur məqaləsində qədim Beyləqanın (başqa adı - Örən qala) hər iki hissəsi (Böyük şəhər, Kiçik şəhər) və hər iki divarı barədə ətraflı məlumat verdikdən sonra Əmir Teymurun saray tarixçisi Şərəfəddin Yəzdinin fikirləri əsasında 1403-cü ildə Əmir Teymur qışı Mil düzündə keçirərkən onun Beyləqan şəhərini yenidən bərpa etmək qərarına gəldiyini bildirir və bir ay içində onun ordusu tərəfindən ucaldılan qala divarının uzunluğu, eni və hündürlüyünün dəqiq ölçülərini göstərir.
 
Ancaq biz məsələdə diqqəti Əmir Teymurun Qərbdəki bədxahları üçün daha obyektiv, daha bitərəf sayılan və demək olar ki, indiyə qədər diqqətdən kənarda qalan başqa bir mötəbər tarixi mənbəyə - 1403-1406-cı illərdə Kastiliya krallığının Əmir Teymur sarayındakı elçisi, məşhur ispan diplomatı Rui Qonsales de Klavixonun səyahət gündəliyinə yönəltmək istəyirik (Klavixo R.Q.Dnevnik puteşestviya v Samarkand ko dvoru Timura (1403-1406), Moskva,” Nauka”, 1990)
 
Məlumat lövhəsi
 
Əmir Teymur şəxsiyyəti və fəaliyyəti ilə bağlı zəngin material verən bu qiymətli əsərdə böyük cahangirin Qarabağın təbiətinə və iqliminə heyranlığı dəfələrlə vurğulanır (s.25, 62, 67, 149 və s.). Ancaq bizi maraqlandıran əsas məsələ nöqteyi-nəzərindən ispan diplomatının aşağıdakı sözləri ayrıca əhəmiyyət kəsb edir:
 
"...Teymurbek hər il Qarabağın bu yerlərində qışlamağa gəldiyi üçün burada şəhər salmağı buyurdu, həmin şəhərdə indi iyirmi mindən artıq ev var (Klavixo R.Q. Göstərilən əsəri, s.151)”.
 
Ad çəkilmədiyi üçün ilk baxışda söhbətin hansı şəhər haqqında getdiyi qaranlıq qalır. Amma əsərin orijinaldan tərcüməçisi, ön söz və izahlar müəllifi İ.S.Mirokova akademik V. V. Bartolda istinadən gündəliyin sonundakı 508-ci izahda bu mətləbə aydınlıq gətirir:
 
"Monqollar tərəfindən 1221-ci ildə dağıdılmış və Teymur tərəfindən 1403-cü ildə bərpa olunmuş Arandakı Beyləqan şəhəri nəzərdə tutulur. Şərəfəddin Yəzdiyə görə (IV, 118), o, Kür çayı ilə kanalla birləşdirilib (Klavixo R.Q.Göstərilən əsəri, s. 196)”.
 
Son illərdə Əmir Teymur şəxsiyyəti və fəaliyyətinə yeni və çağdaş baxış sərgiləyən nəşrlər arasında istedadlı soydaşımız Teymur Ataevin Daşkənddə (2019) rus dilində çapdan çıxan "Əmir Teymur fenomeni" (Bu günümüzdən baxış, ön söz müəllifi - Ş.Salamov) kitabı diqqəti yaxından cəlb edir. Amma çox təəssüf ki, bir mənbə kimi yuxarıda bizim də istinad etdiyimiz bu maraqlı kitabın bəzi səhifələrində publisist həvəskarlığı alim peşəkarlığını açıq-aşkar üstələyir. Tədqiqatımızın mövzusuna birbaşa əlaqədar olduğu üçün belə məqamlardan ikisinin üstündən sükutla keçmək çətindir.
 
Örən qala ərazisi
 
Birincisi, müəllif əsas mənbələrlə yetərincə tanış olmadığından, yaxud onlara yetərincə diqqət yetirmədiyindən Beyləqanı Balakənlə qarışıq salır və arxeoloq Q. Əhmədovun Örən qala (Beyləqan) ilə bağlı arxeoloji təhlillərini Balakənə aid edir (s. 110-111).
 
İkincisi, görünür, etibarlı mənbə kimi kitablardan daha çox internet resurslarına istinad etdiyi üçün müəllif öz kitabının bir səhifəsində hakimiyyət uğrunda mübarizədə Əmir Teymurun ən böyük rəqiblərindən olan Əmir Hüseynin gələcək cahangirlə döyüşdə öldüyünü bildirirsə (s.16), növbəti səhifəsindəcə onun "qan davası”nın qurbanı kimi başqaları tərəfindən öldürüldüyünü vurğulayır (s.17).
 
Bütün bunlar bir daha onu göstərir ki, Əmir Teymur haqqında həqiqəti üzə çıxarmaq və məqaləmizin əvvəlində vurğulanan mövzuları hərtərəfli və dolğun şəkildə işıqlandırmaq hər kəsdən öncə peşəkar tarixçilərin, filoloqların və kulturoloqların üzərinə düşən vəzifədir.
 
Akif Azalp
Filologiya üzrə fəlsəfə doktoru

Etiket:

Digər xəbərlər

Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

29.09.2023
Professora Naxçıvanda vəzifə verildi

Professora Naxçıvanda vəzifə verildi

29.09.2023
Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

29.09.2023
Xankəndinin təhvil-təslim prosesi niyə üç ay davam edəcək? - DETALLAR

Xankəndinin təhvil-təslim prosesi niyə üç ay davam edəcək? - DETALLAR

29.09.2023
Xocavənd şəhərindən ilk görüntülər (VİDEO)

Xocavənd şəhərindən ilk görüntülər (VİDEO)

29.09.2023
Qənirə Paşayeva dəfn olundu (FOTO/YENİLƏNİB)

Qənirə Paşayeva dəfn olundu (FOTO/YENİLƏNİB)

29.09.2023
Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO)

Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO)

29.09.2023
Deputat vəfat etdi - Milli Məclisdə neçə boş yer var?

Deputat vəfat etdi - Milli Məclisdə neçə boş yer var?

29.09.2023
NATO PA Zəngəzur dəhlizi ilə bağlı təklifi qəbul etdi

NATO PA Zəngəzur dəhlizi ilə bağlı təklifi qəbul etdi

29.09.2023
Azərbaycanda 28 il əvvəl əsgər yoldaşını öldürən tutuldu

Azərbaycanda 28 il əvvəl əsgər yoldaşını öldürən tutuldu

29.09.2023
Azərbaycan polisi Xankəndidə (VİDEO)
 

Azərbaycan polisi Xankəndidə (VİDEO)  

29.09.2023
Qənirə Paşayevanın son müsahibəsi (VİDEO)

Qənirə Paşayevanın son müsahibəsi (VİDEO)

29.09.2023
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

29.09.2023
Professora Naxçıvanda vəzifə verildi

Professora Naxçıvanda vəzifə verildi

29.09.2023
Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

29.09.2023
Özəlləşdirmə çeki sahiblərinə dəstək: “İnsanların hüquqları bərpa edilməlidir”

Özəlləşdirmə çeki sahiblərinə dəstək: “İnsanların hüquqları bərpa edilməlidir”

28.09.2023
Mehriban Əliyeva Qənirə Paşayevanın müalicəsini nəzarətə götürüb (YENİLƏNİB)

Mehriban Əliyeva Qənirə Paşayevanın müalicəsini nəzarətə götürüb (YENİLƏNİB)

24.09.2023
Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

26.09.2023
Universitetlə

Universitetlə "tender kralı" arasında qalmaqal - 3 milyonluq manatlıq tender...

02.09.2023
Azərbaycanlı milyarder bu il ən çox varlanan iş adamı oldu - Nə qədər pulu var?

Azərbaycanlı milyarder bu il ən çox varlanan iş adamı oldu - Nə qədər pulu var?

03.09.2023
Prezidentdən yeni təyinat

Prezidentdən yeni təyinat

31.08.2023
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az