Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov, qurumun tərkibində olan idarələrin rəisi işləmiş Elcan Abdullayev, MTN-də əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun orden və medalları ilə bağlı hökm çıxarılıb.
“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə elan olunmuş hökmə əsasən, N.Şirinovun general-mayor rütbəsindən məhrum edilməsi barədə Azərbaycan Prezidentə təqdimat göndərilib.
Bundan başqa, N.Şirinovun 180 min manatlıq daşınmaz əmlakının müsadirə edilməsinə qərar verilib.
Digər xəbərlər
loading...