Yeni Zelandiya Rusiyanın 75 vətəndaşını, o cümlədən “Lukoyl” şirkətinin keçmiş prezidenti və sabiq baş icraçı direktoru Vahid Ələkbərovu sanksiya tətbiq olunan şəxslərin siyahısına salıb.
MilliYol.Az BBC-yə istinadən xəbər veruir ki, Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına Rusiyanın 75 vətəndaşı və iki şirkəti əlavə olunub. Onlardan 24-ü məmurdur. Siyahıya Vahid Ələkbərovla yanaşı “Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov, “Vneşekonombank”ın sədri Sergey Qorkov, “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev, “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson, “Norilsk Nikel”in prezidenti Vladimir Potanin və başqaları daxildir.
Bu arada Moskva meriyası Vahid Ələkbərovu məhkəməyə verib. Buna səbəb iş adamının paytaxtın mərkəzində yerləşən evinin damını genişləndirməsi olub.
Rusiyanın ən zənginləri arasında beşinci yerdə qərarlaşan Vahid Ələkbərov Moskvanın mərkəzində yerləşən çoxmərtəbəli binanın damında tikinti layihəsinə başlayıb. Moskva Şəhər Əmlakı Departamenti hesab edir ki, binanın damında aparılan tikinti piyadalar üçün təhlükə yarada bilər, ona görə də məhkəmədə tikintinin dayandırılması ilə bağlı iddia qaldırılıb.