Bakıda qətl törədilib. Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Zabrat-2 qəsəbəsi Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.
Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib.
M. Əliyev polisə könüllü təslim olub. O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib. M. Əliyev qətli namus üstündə törətdiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Artıq hadisənin təfərrüatları məlum olub.
Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Füzuli rayonundan məcburi köçkün olan Maarif Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanın başqa şəxslə internetdə yazışmasını görüb. Bu barədə gəlinin qayınatası bildirib. Onun sözlərinə görə, M. Əliyevin təhsil aldığı məktəbdəki yoldaşları da dəfələrlə anası haqqında xoşagəlməz sözlər işlədərək Maarifi məzəmmət ediblər.
Buna görə də 16 yaşlı oğlan evdə qohumlarına bu söhbətlərdən bezdiyini və anasını öldürəcəyini bildirib. Dünən isə Mədinə qayınatasına iynə vurandan sonra körpəsini əmizdirib divanda yuxuya gedib.
Anasının yatdığını görəm Maarif tüfəngi onun başına dirəyərək atəş açıb.
MilliYol.Az
Digər xəbərlər
loading...