Azərbaycanda yeni idman saytı fəaliyyətə başlayıb.
Aut.az saytının baş redaktoru Natiq Muxtarlıdır. Baş redaktor saytımıza verdiyi açıqlamada fəaliyyət strategiyaları haqda danışıb:
"Azərbaycanda fəaliyyət göstərən idman saytlarının əksəriyyəti eyni strategiya əsasında fəaliyyət göstərir. İdman saytlarının sayı çox olsa da, amma boşluq hiss olunduğu aspektlər də var. Biz məhz bu boşluğu doldurmağa çalışacağıq. "Çox xəbər yay” prinsipi əsas hədəfimiz olmayacaq. Analitika, araşdırma, təhlil, reportaj strategiyamızın əsas xəttini təşkil edəcək. Azərbaycan futbolunun problemlərini yazacaq, həm də həll yollarını göstərəcəyik. Aut.az-ı düşünə bilən, düşünməyə tənbəllik etməyən oxucuların saytı etmək niyyətindəyik”.