Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 193 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan MilliYol.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 821 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 374 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 024 aktiv xəstə var. Bu günə qədər 9 913 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 456, bu günə qədər isə ümumilikdə 7 247 567 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 1 049 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 385, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 437, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 69 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 889 515, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 381 575, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 867 386, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 378 878, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 676 nəfər təşkil edir.