Abşeron rayonu, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə Anım Günü ilə əlaqədar Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri ilə görüş keçirilib.
Görüşdə Vətən müharibəsi zamanı şəhid olmuş İsmayıl Süleymanovun anası Gülyanaq Süleymanova, Şəhid Vüsal Kazımovun bacısı Röyalə Əsgərova, Vətən müharibəsi qaziləri, Hacı Vəliyev, Zeynallı Bəxtiyar, Mirsamir Seyidzadə, Elmiz Əsədov, həmçinin həmin məktəbin 6-cı sinif şagirdləri, müəllim heyəti və məktəbin rəhbərliyi iştirak edib.
Tədbirdə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi rəşadət, qəhrəman əsgərlərimizin şücaəti və qəhrəmanlıqları barədə şagirdləri maraqlandıran suallar cavablandırılıb. Görüşün sonunda tədbiri təşkil edən həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfəq Nağıyeva tərəfindən iştirakçılara təşəkkür edilib və xatirə şəkilləri çəkilib.