Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudu krallığın Baş naziri təyin edib.
MilliYol.Az xəbər verir ki, bu barədə “Al-Arabiyya” telekanalı məlumat yayıb.
Bununla yanaşı, vurğulanır ki, Salman bin Əbdüləziz Əl Səudun şəxsən iştirak etdiyi hökumət iclasları onun (kral – red.) sədrliyi ilə keçiriləcək.
Həmçinin Səudiyyə Kralının fərmanı ilə Xalid bin Salman bin Əbdüləziz ölkənin müdafiə naziri təyin edilib.
Bu təyinatlardan əvvəl kral özü kabinetə rəhbərlik edib, vəliəhd isə Səudiyyə Ərəbistanının Baş nazirinin birinci müavini və müdafiə naziri olub.
Digər xəbərlər
loading...