“Neftçi”nin baş məşqçisi Laurentsiu Reghekampf keçmiş həyat yoldaşı Ana Maria Prodanı küçədə döyüb.
MilliYol.Az xəbər verir ki, milli komandalara görə yaranan fasilədən istifadə edərək ölkəsi Rumıniyaya yollanan mütəxəssis içkili halda keçmiş həyat yoldaşı ilə mübahisə edib və onu vurub.
Ana Maria Prodanın şikaytindən sonra "Neftçi"nin çalışdırıcısı polis bölməsinə aparılıb. 5 saat bölmədə qalan Laurentsiu cərimə olunduqdan sonra sərbəst buraxılıb. Prodan isə yenidən Reghekampfdan uşaqlarını döydüyü iddiası ilə şikayət verib.
Ana Maria Prodan həmçinin "Neftçi" rəhbərliyinə müraciət edib. Sabiq futbol agenti rumıniyalı mütəxəssisin istefaya göndərilməsini istəyib. Prodan zorakılığı əks etdirən videonu "Neftçi"nin elektron ünvanına göndərək, keçmiş ərinin qovulmasını xahiş edib.
Qeyd edək ki, Laurentsiu Regekampf 2008-2021-ci illərdə Anamariya Prodanla ailəli olub. Onların bir övladı var.