İranda etirazlar demək olar ki, bütün ölkəni bürüyüb, dünən və bu gün iğtişaşlar ən azı 80 şəhərdə baş verib. Onlardan biri küçə döyüşlərindən sonra nümayişçilər tərəfindən tamamilə ələ keçirilib.
Qaynarinfo hadisələri izləyir.
Hal-hazıra olan məlumata görə, İranda 2009-cu ildən bəri ən böyük etiraz aksiyaları 80 şəhərə yayılıb. Baxmayaraq ki, hakimiyyətin repressiyaları gücləndirilib, onlarla insanın həlak olub və tanınmış fəallar və jurnalistlər həbs olunub. Xüsusilə ani messencerlər və sosial şəbəkələr üçün internetə çıxış hələ də bloklanıb. Bununla bağlı İrandan xəbərlər saatlarla gecikmə ilə daxil olur.
Bir qrup iranlı mühacir, BBC Persian-ın İrandakı hadisələrin işıqlandırılması ilə bağlı siyasətinə etirazlarını bildirmək üçün Londondakı BBCNews-un mərkəzi ofisi qarşısında toplaşıblar.
Etirazçılar "BBC, ayıb olsun” şüarları qışqırırlar.
Sərt qaydalardan və iqtisadi problemlərdən narazı qalan insanların etirazları bir neçə gündür ki, davam edir. Etirazçılar İslam Respublikasının hakimiyyətinə son qoyulmasını tələb edirlər.
Bir çox şəhərlərdə təhlükəsizlik qüvvələri kütləyə atəş açır. Xüsusilə, Tehranda təhlükəsizlik qüvvələri birbaşa Ferdous bulvarının pəncərələrini atəşə tutub, Rəşt şəhərində isə birbaşa mənzillərə gözyaşardıcı qaz qumbaraları atıblar.
Bir gün əvvəl etirazçılar Qərbi Azərbaycan əyalətinin kiçik kürd şəhəri Oşnəviyəni ələ keçiriblərr. İran təhlükəsizlik qüvvələri bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra oranı tərk edib.
Yerli rəsmi Hüseyn Yazdanpana "New York Times" qəzetinə deyib ki, "Oşnəvi dünən axşamdan xalqın nəzarəti altındadır. Şəhərin azad edilməsi digər şəhərlər üçün də böyük nəticələri var".
Almaniyada yaşayan iranlı kürd olan NNS Roj xəbər saytının redaktoru Ammar Quli 40 min etnik kürdün yaşadığı Oşnəviyə ilə əlaqə saxlayır. Onun sözlərinə görə, sakinlər şəhərin girişində bloklar qurublar.
"Twitter” artıq Oşnəvi küçələrində "Azadlıq!” şüarları səsləndirən izdihamlı yürüşləri əks etdirən videolarla dolub.
Həmçinin bildirilir ki, ələ keçirilən şəhərə nəzarəti bərpa etmək üçün bölgəyə ordu taboru və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölməsi yerləşdirilib.
"Biz qan töküləcəyini gözləyirik. Vəziyyət son dərəcə gərgindir", - Quli əlavə edib.
Digər xəbərlər
loading...