Mətbuat Şurasının sədri Əflatun Amaşov “Xalq” qəzetinin baş redaktoru təyin edilib.
MilliYol.az xəbər verir ki, bu barədə Əflatun Amaşov özü məlumat verib.
Qeyd edək ki, Ə.Amaşov 26 aprel 1957-ci ildə Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1985-1994-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AzərTAc-da) müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun birinci müavini vəzifələrində çalışıb. 2003-ci il martın 15-də jurnalistlərin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. Ölkə jurnalistlərinin 2005, 2008, 2013 və 2018-ci illərdə keçirilmiş qurultaylarlarının qərarı ilə Azərbaycan Mətbuat Şurasının sədri vəzifəsindəki fəaliyyətini davam etdirib. V çağırış Milli Məclisin deputatı olub. O, hazırda Mətbuat Şurasının sədridir.