Azərbaycanda son sutkada koronavirus infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 363 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib.
MilliYol.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Azərbaycanda indiyədək ümumilikdə 820 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 725 nəfər müalicə olunaraq sağalıb, 9 897 nəfər vəfat edib, aktiv xəstə sayı 1 476 nəfərdir.
Ölkədə son sutka ərzində 4 123, hazırkı dövrədək isə 7 225 530 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 833 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 183, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 139, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 448, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 63 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 883 429, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 379 822, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 383, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 376 017, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 207 nəfər təşkil edir.