Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini vəzifəsindən azad olunaraq, başqa bir vəzifəyə təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müavafiq əmri ilə Xidməti rəisinin müavini, polkovnik Quliyev Elsəvər Həsən oğlu vəzifəsindən azad olunub. Polkovnik digər əmrlə FHN-nin nəzdində olan qurumların birinə rəis müavini təyin edilib.
Qeyd edək ki, Kəmaləddin Heydərov Elsəvər Quliyevi ötən ilin dekabr ayında Xüsusi Riskli Xilasetmə Xidmətinə rəis müavini təyin etmişdi. O, 1981-ci ilin 19 iyununda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir. 3 övladı var.