Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin oğlu Cavad Tağı-zadəyə AzTV-də vəzifə verilibmiş.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, generalın oğlu, skripka ifaçısı-dirijor Cavad Ta-ğızadə bir müddət əvvəl Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evinin direktoru təyin edilib.
Cavid Tağı-zadə bu vəzifəsindən əvvəl özünün təşəbbüsü ilə yaratdığı və bir müddət əvvəl ləğv edilən "Baku Sinfonietta" orkestrin rəhbəri olub. O, həmçinin FHN-nin yüksək vəzifəli əməkdaşdır.
Qeyd edək ki, əvvəlki adı Azərbaycan Dövlət Teleradio Komitəsi olan Səsyazma Evi 1926-cı ildə Ə.Əlizadə-9 (keçmiş Fioletov-9 ) ünvanında yaradılıb. 1931-ci ildə Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyirbəy Hacıbəylinin təşəbbüsü ilə bu məkanda şərqdə ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi adına simfonik orkestri fəaliyyətə başlayıb. Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evinin məqsədi dövlətin milli-mədəni musiqi həyatında ictimaiyyətə bir-birindən maraqlı layihələr təqdim etmək, milli mənəvi dəyərləri qorumaq, dövlətin hər bir uğurunu musiqi dili ilə dinləyicilərə çatdırmaq, yeni gənc nəslə peşəkar musiqini təbliğ etməkdir.