Teymur Əhmədov adına "AzNar” Qapalı Səhmar Cəmiyyəti (QSC) məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Oktyabrın 10-na iş üzrə hazırlıq iclası təyin edilib.
İşin mahiyyəti alqı-satqı üzrə mübahisələrdən ibarətdir. Təfərrüatlar barədə açıq mənbələrdə məlumat yoxdur. Maraqlı məqamlardan biri də iddiaçı barədə heç bir məlumatın olmamasıdır.
Teymur Əhmədov adına "AzNar” QSC 9 oktyabr 2006-cı ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 149 987 312 AZN olan QSC-nin qanuni təmsilçisi Əhmədov Teymur Fərəc oğludur.
Teymur Əhmədov Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun qardaşı oğludur. "AzNar” QSC də əslində Fərhad Əhmədova məxsusdur. O, QSC-nin Direktorlar Şurasının sədridir.