Bakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binası qanunsuz olduğuna görə sökülür.
MilliYol.az xəbər verir ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəllə (Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13k) ünvanında yerləşən, 19 mərtəbəli “Altes Park” yaşayış kompleksinin yanında qeydə alınıb.
Hazırda əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib və tikilmiş iki mərtəbənin söküntüsünə başlanılıb.
Tikilinin sabiq deputat Əsabil Qasımova məxsus olduğu deyilir.
Digər xəbərlər
loading...