"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) cari ilin son 3 ayı ərzində toplam maliyyə dəyəri 7 384 031 AZN təşkil edən 30 satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilələr aşağıdakı şirkətlərlə bağlanıb:
"LEADİNG SUPPLY SOLUTİONS" QSC: Metropoliten obyektlərində 2022-ci ildə aparılacaq tikinti, təmir və abadlıq işləri üçün üzlük daşlarının satın alınması - 269 050.38 AZN
"AZELKO" MMC: "Bakı Metropoliteni” QSC üçün müxtəlif növ güc transformatorlarının satınalınması - 133 458 AZN
"TMS LTD" MMC: "Bakı Metropoliteni"nin III yeni (Bənövşəyi) xəttin "Xocasən" elektrik deposunda yol ayrıcılarına və mənzil tunelinə sıxılmış havanın verilməsi üçün hava kəmərinin çəkilməsi işlərinin satın alınması - 227 224.91 AZN
"LCC F" MMC: Məişət malları və avadanlıqların satın alınması- 122 111.9 AZN
"PROXİMA" MMC: "Bakı Metropoliteni” QSC qatarların qapıları üçün pnevmatik silindrlərin satınalınması - 63 342.4 AZN
"BAKU TRADING SOLUTIONS" MMC: "Bakı Metropoliteni” QSC üçün hidravlik QR-16 tipli düzəltmə-hamarlama alətinin satınalınması - 41 772 AZN
"KASKAD-HİDRO" MMC: "Bakı Metropoliteni" QSC üçün suxaric nasosların və avadanlıqlarının satın alınması - 971 439.61 AZN
"UNIVERSAL PRO" QSC: Polad boruların və sanitar qovşaq üçün ehtiyyat hissələrinin satın alınması - 565 090.6 AZN
"ESCOBUTA" MMC: Hidroizolyasiya məhlulunun satın alınması - 15 056.8 AZN
"AZSPEKTR" MMC: "Bakı Metropoliteni"nin III Yeni ("Bənövşəyi”) xəttinə aid "Xocəsən” elektrik deposu və istismar sahələri üçün müxtəlif növ elektrik bağlantılarının satın alınması - 403152.25 AZN
"ECOFİL" MMC: Sürahilərin satın alınması - 194 700 AZN
"SMART-ELEKTRONİKS” MMC: "Bakı Metropoliteni"nin III yeni ("Bənövşəyi”) xəttinə aid "Xocəsən” elektrik deposunda rabitə sistemi üçün avadanlıqların və mal-materialların satın alınması - 291 400.35 AZN
"FIRE SECURITY" MMC: "Bakı Metropoliteni” QSC-nin "Nərimanov” elektrik deposu ərazisində Mühafizə və Yanğın Təhlükəsizliyi xidmətinin Yanğın Avadanlıqlarına Texniki Baxış sahəsində xüsusi ayrılmış yerdə quraşdırılacaq tozlu (quru kimyəvi) odsöndürənlərin dolumu üçün doldurucu stansiyanın alınması, quraşdırılması və "Xocasən" elektrik deposu üçün daxili yanğın su dolablarının və yanğın hidrantlarının satın alınması - 43 306 AZN
"NİMEX" MMC: "Bakı Metropoliteni" QSC-nin "Elmlər Akademiyası” stansiyasının inzibati binasının 6-cı mərtəbəsində "Bakımetrolayihə” institunun işçi və arxiv otaqlarının xüsusi avadanlıqlarla mikroklimatın yaradılması, təhcizi və yenidən qurulmasının satın alınması - 172 967.77 AZN
"CASPIAN ENERGY GROUP" MMC: "Bakı Metropoliteni” QSC üçün İzolyasiya materiallarının satınalınması - 288 183.14 AZN
"FİRE GROUP" MMC: "Bakı Metropoliteni"nin III yeni ("Bənövşəyi”) xəttinə aid "Xocəsən" elektrik deposu ərazisində yerləşən Motovoz sexində, Modul tipli Qazanxanada, Qazanxana binasında və "Nizami” və ”Nəsimi” stansiyalarında avtomatik yanğın xəbərverici sistemin quraşdırılması işlərinin satın alınması - 263 314.64 AZN
"TCS" MMC: Müxtəlif növ yük burazlarının və ilməklərin satın alınması - 66 090.62 AZN
"TMS LTD" MMC: "Bakı Metropoliteni"nin III yeni ("Bənövşəyi”) xəttinə aid "Xocəsən” elektrik deposunda 240 m3 yanğın su anabrı, 500 m3 yanğın su anbarı, portalın yanında ƏSQ-də və 240 m3 içməli su anbarı üçün nasosxanalarda avadanlıqların quraşdırılmasının satın alınması- 159 744.86 AZN
"HIRA CONSTRUCTION AND SUPPLIER" MMC: "Bakı Metropoliteni"nin III yeni (Bənövşəyi) xəttinə daxil olan "Xocəsən" elektrik deposunda platformanın membran örtüyünün quraşdırılması işlərinin satınalınması - 117 056 AZN
"PRO CON İZO" MMC: "Bakı Metropoliteni"nin III yeni (Bənövşəyi) xəttin "Xocəsən" elektrik deposunda platformanın hazır metalkonstruksiyaları üzərində quraşdırılması nəzərdə tutulan PVX membran örtüyünün satınalınması - 74 575.41 AZN
"GLOBAL STATIONERY OFFICE" MMC: "Bakı Metropoliteni" QSC üçün dəftərxana ləvazimatları və poligrafiya materiallarının satın alınması - 217 950.37 AZN
"İ.M.S. ENGİNEERİNG LTD" MMC: "Bakı Metropoliteni" QSC-nin "N.Nərimanov” elektrik deposunda 825V üfürmə kamerası üçün elektrik lövhələrinin, Q.Qarayev - Neftçilər Şaxta №45, Xətai stansiyası şaxta №26 , C.Cabbarlı stansiyası Şaxta № 127, Əhmədli - H.Aslanov Şaxta №51, 28 May stansiyası Şaxta № 8-9, Gənclik stansiyası Şaxta № 34, N.Nərimanov stansiyası Şaxta № 35, Neftçilər stansiyası Şaxta № 46, Xalqlar Dostluğu stansiyası Şaxta № 48, Əhmədli stansiyası Şaxta № 50 və Həzi Aslanov stansiyası Şaxta № 52-də ventilyatorlar üçün avtomatik idarəetmə sistemi lövhələrinin alınıb quraşdırılması işlərinin satın alınması - 631 828.05 AZN
"UNIVERSAL PRO" QSC: "Bakı Metropoliteni” QSC üçün müxtəlif növ akkumulyatorların satın alınması - 222 022.66 AZN
"ŞƏRQMOTORS" MMC: Minik avtomobillərinin servis və təmir işlərinin satın alınması - 150 019.3 AZN
"DELOİTTE & TOUCHE" MMC: 2021-ci il yekununa görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BHMS) uyğun maliyyə hesabatlarının audit olması xidmətinin satın alınması - 219 999.2 AZN
"İNFİNİTECH" MMC: "Bakı Metropoliteni"nin III yeni (Bənövşəyi) xəttin "Xocəsən” elektrik deposunun "Motovoz sexində", "B-DA-00" yarımstansiyasında "Vetibüldə”, Platformada, 1 və 2 saylı Nəzarət Buraxılış məntəqələrində, ”Blok Post binasında”, "Aİ” (sünni intelekt) əsaslı analitik videomüşahidə sistemləri qurulması üçün informasiya sistemi infrastrukturunun avadanlıqlarının və mal-materiallarının satınalınması - 918 109.62 AZN
"AZƏRBAYCAN METROLOGİYA İNSTİTUTU" PUBLİK HÜQUQİ ŞƏXS: 1 - Nivelir, teodolit və taxometr ölçü vasitələrinin kalibrovka xidmətinin satın alınması - 10 065.12 AZN
"HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ" MMC: "Bakı Metropoliteni"nin "H.Aslanov” stansiyasının dalan yollarında korroziyaya (deformasiyaya) uğramış yük daşıyıcı konstruksiyalarının bərpasının lahiyələndirilmə işlərinin satınalınması - 531 000 AZN
Bu şirkətlərin bir çoxu cüzi məbləğli nizamnamə kapitalı ilə təsis edilib. Onların və qanuni təmnsilçilərinin haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Bu da "Bakı Metropoliteni” QSC-nin keçirdiyi tenderlərin şəffaflığına şübhə yaradır.
Araşdırmalarımız zamanı bəlli olub ki, QSC-nin satınalma müqaviləsi imzaladığı şirkətlərdən üçünün vergi borcu var. Həmin şrikətlər aşağıdakılardır:
"LEADİNG SUPPLY SOLUTİONS" QSC - Bu günə olan vergi borcu 2176 AZN
"FIRE SECURITY" MMC - Bu günə olan vergi borcu 4855 AZN
"UNIVERSAL PRO" QSC - Bu günə olan vergi borcu 182 678 AZN
"Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.
Digər xəbərlər
loading...