Çexiyada yaşayan Sərkər adlı azərbaycanlı gənc çayda boğulub.
MilliYol.Az azxeber.com-a istinadla xəbər verir ki, hadisə 28 avqustda baş verib. O, evli olduğu Helena adlı xanımla gəzintiyə çıxıb və İtaliyanın Komo gölündə qayıq kirayələyib.
Sərkər suya yıxılan qızı xilas etmək üçün onun arxasınca suya tullanıb. O, qızı xilas etsə də, özü suda boğulub.
Hazırda azərbaycanlı gəncin nəşi İtalyada saxlanılır, maliyyə sıxıntılarına görə Azərbaycana gətirilə bilmir.
Helena həyat yoldaşının nəşini Azərbaycana aparmaq üçün yardım aksiyasına başlayıb.
Qeyd edək ki, cütlük bir neçə ay bundan öncə ailə həyatı qurubmuş.
Fotolar
Digər xəbərlər
loading...