Böyük Britaniyanın yeni Baş naziri bəlli olub.
MilliYol.az xəbər verir ki, Liz Trass 81 326 səslə Mühafizəkarlar Partiyasının lideri seçilib və nəticə etibarilə ölkənin Baş naziri olub. O, bu postda Boris Consonu əvəz edəcək.
Qeyd edək ki, səsvermə fəallığı 82 faiz olub. Səsvermənin altıncı turunda Lizz Trass Mühafizəkarlar Partiyasının 81 326 üzvünün dəstəyini qazanıb. Onun rəqibi Rişi Sunak 60 min 399 səs toplayıb.
Liz Trass Britaniya hökumətində xarici işlər naziri postunu tutub. O, ölkəsinin sayca üçüncü qadın Baş naziridir.
Boris Conson yaxın vaxtlarda Böyük Britaniya kraliçası II Elizabetə hökumət başçısı vəzifəsindən istefa verməsi barədə hesabat verməli və Lizz Trassı onun xələfi kimi təqdim etməlidir.