Bu gün Yenicag.az saytının 15 yaşı tamam olur.
MilliYol.Az xəbər verir ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan Yenicag.az saytı “Yeni Çağ” Media Qrupunun lokomotivi hesab edilir.
Belə ki, Yenicag.az saytı ilə 2007-ci il sentyabrın 5-də internet məkanına giriş edən “Yeni Çağ” 2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirərək türk (Yenicag.info) və rus (Yenicag.ru) dillərində, həmçinin 2018-ci ildən Yenicag.tv video portalı vasitəsilə oxucuları informasiya ilə təmin etməyə başlayıb, Media Qrup halını alıb.
Sayt vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“Yeni Çağ” Media Qrupu beynəlxalq tədbirlərin sadəcə media dəstəkçisi olmaqla fəaliyyətini yekunlaşdırmır, həmçinin təşkilatçısı olduğu beynəlxalq forum, konfrans və simpoziumlarla həm ölkə daxilində, həm də xaricdə adından söz etdirməyi bacarıb.
Türkiyənin regional televiziya və onlayn mediasını öz ətrafında toplayan Anadolu Yayımçılar Dərnəyi, “Haber 7” başda olmaqla, ən nüfuzlu türk saytları, Qazaxıstanın tanınmış informasiya portalları olan “Newsroom.kz”, “Turkistan.today” və “Turkistannews.kz” saytları, Qırğızıstanın “Manas” radiosu, Gürcüstanın “The Georgian Times”, “Aktual.Ge” saytları ilə ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur.
MilliYol.Az İnformasiya Agentliyi yenicag.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!