Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.
TƏBİB-dən verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara tibbi yardım göstərilir.
Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.
17.04
Lerikdə baş verən qəzaya hərəkətdə olan "Ford" markalı mikroavtobusun əyləcinin işləməməsi səbəb olub.
Bu barədə Qaynarinfo-ya Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.
İcra başçısının müavini bildirib ki, ilkin məlumata görə, mikroavtobus bir qurup Lənkəran sakinini Lerikə pir ziyarətinə aparıb və hadisə ziyarətdən qayıdarkən baş verib.
"Ford" markalı mikroavtobusun sürücüsü Boladi kənd sakini olub. Lerikin Günəşli kəndində mikroavtobusun əyləcinin işləməməsi səbəbindən qəza baş verib. Ölənlərin hamısı qadındır. Yaralılardan ikisinin vəziyyəti ağır, dörd nəfərin vəziyyəti nisbətən ağırdır. Onlar xəstəxanaya yerləşdirilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır", Habil Məlikov deyib.
Lənkəran Mərkəzi Xəstəxanasından Qaynarinfo-ya verilən məlumata görə, 5 nəfər hadisə yerində, 3 nəfər isə xəstəxanada dünyasını dəyişib.
16.32
Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
"Report”un məlumatına görə, hadisə Günəşli kəndində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Hadisə zamanı avtobusda 50 nəfər olub.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...