Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.
Bu barədə MilliYol.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin Mətbuat xidməti də olayla bağlı açıqlama yaylıb. Bildirilib ki, bununla bağlı Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb: "Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Digər xəbərlər
loading...