“Azərsu” ASC-nin elan etdiyi tender müsabiqəsinin qalibi “Az Graft Construction” MMC olub.
Yeniavaz.com xəbər verir ki, “Azərsu” şirkətə işğaldan azad olunmuş ərazilərdə içməli su təminatının yaxşılaşdırılması məqsədilə təxirəsalınmaz işlərin görülməsi üçün 8 milyon 74 min 129 manat 91 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “Az Graft Construction” MMC-nin qanuni təmsilçisi Qasımov İsgəndər Bəhman oğludur. Şirkətin hüquqi ünvanı “Laçın rayonu Taxta körpü”dür. 1000 manat nizamnamə kapitalı olan şirkət 6 avqust 2019-cu ildə dövlət qeydiyyatına alınıb.
Digər xəbərlər
loading...