Günümüzdə ölkədə demək olar ki, il ərzində 5-10 arası modellikə bağlı müsabiqə keçirilir. Bu sahədə düzgün keçirilən yarışmalar da var, düzgün keçirilməyənlər də var. Mənə elə gəlir ki, düzgün keçirilən yarışlar nədənsə ictimaiət arasında az maraq doğurur. Amma düzgün olmayan yarışda, yəni öncədən "seçilən" modellə bağlı xəbərlər nədənsə manşet olub boy-boy yayımlanır.
Bu il də fərqli yarışmalar keçirilib. Demək olar ki, hər birini izləmişəm. Hazırda kastinqi baş tutan və məşqləri davam etdirilən “Best Model of Azerbaijan 2022” gözəllik yarışmasından söz açmaq istəyirəm. Yarışmanın milli direktoru Elxan Paşayevdir. “Best Model of Azerbaijan 2022”də ədalətli yarışmalar sırasında liderliyini qorumaqdadır. Müsabiqənin bu dəfəki favorit modeli Sevinc İbragimovadır. O, birinci yerə layiq olan yeganə namizəddir.
Bəs Sevinc İbragimova kimdir?
Boyu 1.78, çəkisi 58 kq olan Sevincin 22 yaşı var. 2017-ci ildən "Venera" model agentliyində fəaliyyət göstərir. Həm yerli, həm xarici dizaynerlərlə çalışıb.
Qeyd edim ki, layihənin əsas məqsədi müsabiqə iştirakçılarının modellik karyerası qurmalarına və ölkəni beynəlxalq podiumlarda layiqincə təmsil etmələrinə şərait yaratmaqdır.
Bundan başqa, Bakıda 50-dən çox ölkədən modelləri birləşdirən “Best Model of World 2023” yarışmasına ev sahibliyi edəcəyi gözlənilir.
"Best Model of the World" müsabiqəsinin prezidenti Erkan Özermanın rəhbərliyi ilə 1955-ci ildən keçirilir. Azərbaycanda bu müsabiqə 2002 və 2007-ci illərdə Aygün Kazımova və Ruhi Əliyevanın rəhbərliyi ilə iki dəfə keçirilib. Uzun illər sonra müsabiqə növbəti dəfə Bakıda Elxan Paşayevin rəhbərliyi ilə keçiriləcək.
Elxan bəyə uğurlar arzu edirik!
Müsabiqənin informasiya dəstəkçilərindən biri də MilliYol.az xəbər portalıdır.