Son illərdə xaricdə təhsil almağa olan maraq və tələbat xüsusi şəkildə artmışdır və tələbə namizədlərimiz arasında çox populyarlaşmışdır. Bir çox gənclərimiz üçün isə xaricdə təhsil almaq böyük məqsəd və nailiyyətdir. Bu səbəbdən də ölkəmizdə xaricdə təhsil almaq istəyən tələbə namizədlərin sayı günü-gündən artmaqdadır, xüsusilə son 10 ildə həm xaricə gedən, həm də təhsilini xaricdə davam etdirmək istəyən tələbələrin sayı iki dəfə artıb.
Dünyanın ən prestijli ali təhsil ocaqlarında təhsil almaq tələbələrə çoxlu imkanlar təqdim edir. Bu məktəblərdə təhsil almaq ilk növbədə tələbələrə peşekar və akademik sahədə qapılar açır. Nüfuzlu universitetləri bitirən tələbələr dərhal diqqəti cəlb edir və uğurlu şirkətlərdə digər məzunlardan fərqli olaraq, daha asan iş tapırlar.
Tələbələrimizin xaricdə təhsil almaq üçün ən çox müraciət etdiyi ölkə qardaş Türkiyədir. Türkiyədə təhsil almağı düşünən tələbələr universitetlərdə daim inkişaf etməkdə olan təhsil mühiti tapacaqlar.
Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Yozgat Bozok Universiteti 2006-cı ildə qurulmuş, innovativ və universal dəyişiklikləri həyata keçirən, keyfiyyətə əsaslanan və inkişaf proseslərini idarə edən bir universitet olmağı öhdəsinə götürmüşdür.
Yozgat Bozok Universitetinin rektoru Prof. Dr. Ahmet Karadağ avqustun 1-də İstanbul Group Xaricdə Təhsil Mərkəzin qonağı olmuşdur. Dəyərli qonağa İstanbul Group Xaricdə Təhsil Mərkəzinin əldə etdiyi nailiyyət və gördüyü fəaliyyətlər haqqında ətraflı məlumat verilmişdir. Sonda Yozgat Bozok Universitetinin rektoru Prof. Dr. Ahmet Karadağ təhsil görüşü ilə bağlı məmnunluğunu ifadə etmişdir.
MilliYol.az