Yerli sakinlər Krımın Mayskoye kəndindən çıxarılır.
MilliYol.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mayskoye kənd yaşayış məntəqəsinin administrasiyasından bildirilib.
Məlumata görə, onlar öz maşınları və ya qoşunları ilə birlikdə kəndi tərk edirlər. Buna imkanı olmayanlar isə avtobuslarla təxliyə edilirlər.
Bu arada Krımın Canköy rayonunda ikinci partlayış baş verib. “RBK Ukraina”nın məlumatına görə, ərazidəki transformator yarımstansiyasında da partlayış olub.
Xatırladaq ki, daha əvvəl Rusiyaya məxsus silah-sursat anbarında partlayış, ardınca yandığı barədə məlumat yayılmışdı.
09.35
Krımın Canköy rayonunun Qalay (Azov) kəndində Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib.
MilliYol.az Unian-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.
"Canköy rayonunun Qalay (indiki Azov) kəndindəki hərbi hissəyə uğurlu zərbə endirilib. Bir saatdır ki, partlayış səsləri eşidilir", deyə Çubarov yazıb.
O, əlavə edib ki, mərmilər onlar silah-sursat anbarına düşüb, partlayış səsləri çöllərə yayılıb.