Avqustun 15-də Suraxanı Rayon İcra Hakimiyyətində məişət zorakılığının qarşısının alınması və bu istiqamətdə problemlərin mövcud qanunvericiliyə uyğun olaraq həlli ilə bağlı insanlara sosial-psixoloji və hüquqi xidmətlərin göstərilməsi məqsədilə Suraxanı RİH yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinqqrupunun üzvlərinin iştirakı ilə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri ilə müşavirə keçirilmişdir.
Suraxanı RİH yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Könül xanım Axundova mövzunun aktuallığından danışaraq qadın və uşaq hüquqlarının qorunmasının dövlətimizin prioritet istiqamətlərindən olduğunu vurğulamış və sosial maarifləndirmənin problemin tənzimlənməsinə önəmli təsirini qeyd etmişdir. Bu məqsədlə məişət zorakılığına məruz qalmış şəxslərin müəyyən edilərək onların hüquqlarının və mənafelərinin müdafiəsi üçün tədbirlərin həyata keçirilməsi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinə və bələdiyyə sədrlərinə tövsiyə edilmişdir.