Zaqatala rayonunun Kəpənəkçi kəndində şəhid Sərdar Kərimov adına tam orta məktəbin qəzalı vəziyyətdə olduğunu əks etdirən görüntülər yayılıb.
MilliYol.Az xəbər verir ki, bu barədə jurnalist Jalə Həsənli sosial şəbəkədə paylaşım edib.
Görüntülərdən də aydın olur ki, təhsil müəssisəsində sinif otaqlarının döşəməsi çökmək üzrədir.
Paylaşımda qeyd olunur ki, otaqların pəncərələrində şüşələr olmadığından yağış-qar içəri tökülür. Xüsusən də isti havalarda məktəbdə vəziyyət dözülməz olur, dəhlizdəki iri çatlardan və idman zalının torpaq döşəməsindən ilanlar çıxır. Məktəbin əsaslı təmiri üçün dəfələrlə aidiyyəti orqanlara müraciət olunsa da, “baxılacaq” deyilir, lakin heç bir tədbir görülmür.
Digər xəbərlər
loading...