Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin sayı 1 milyon 349 min 307 ədəd olub.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, son bir ildə ölkədə minik avtomobillərinin sayı 6,7% və ya 84 min 765 ədəd artıb.
Azərbaycanda insanlar ən çox VAZ markalı minik avtomobillərindən istifadə edirlər. VAZ-lardan sonra ən çox istifadə olunan avtomobil markası "Mersedes" hesab olunur. Çox istifadə olunan minik avtomobillərin sırasında növbəti yerlərdə "Hyundai", "Toyota", "Opel", KİA, "Chevralet" və "Nissan" qərarlaşıb.
Ən az istifadə olunan avtomobil isə "Tatra" və "Chrysler" markalı avtomobillər olub. Bu ilin əvvəlinə olan sonuncu məlumatda qeyd olunur ki, ölkədə cəmi bir 1 ədəd "Tatra" və "Chrysler" markalı avtomobil var.
Bundan başqa ölkədə 2 ədəd "Chrysler", 17 ədəd "Oldsmobil", 23 ədəd "Talbot", 24 ədəd "Asiya", 31 ədəd "Datsun", 60 ədəd "Saab", 91 ədəd “Rover”, 110 ədəd "Buick" avtomobilinin olduğu bildirilir.
Açıqlanan məlumatlardan belə görünür ki, son bir ildə Azərbaycanda “Toyota” və "Chevralet" avtomobillərinin satışı daha çox artıb. Son bir ildə qeydiyyata alınan avtomobillərin 32,5% və ya 27 min 560 ədədi bu iki markanın payına düşüb.
Onu da qeyd edək ki, ölkədə qeydiyyatda olan avtomobillərin 91,1%-i benzin, 8,2%-i dizel, 0,7%-i isə qaz ilə işləyir.
Son 5 ildə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərindən bəzilərinin sayı bü cür olub: