Şərqdə Antalyadan, qərbdən Muğlaya qədər uzananfiruzəyi rəngli Aralıq dənizinin kənarında yerləşən Türk Rivierası Türkiyənin ən məşhur istirahət yerlərindən biridir.
Qədim şəhərlər, saraylar, limanlar, məbədlər və bir çoxbaşqa yerləri görə biləcəyiniz bu yamyaşıl bölgəninparlaq günəşi və nəfəs kəsən mavi dənizi sizdə unudulmaz təəssürat yaradacaq.
Alp.az xəbər verir ki, Aralıq dənizi sahillərində yerləşən şəhərlər arasında üçşəhər öz gözəllikləri ilə seçilir. Bu yerlər turistlərin yay tətili üçün ən çox üstünlük verdiyi istirahət yerləri sırasındadır.
Bu şəhərlər sahil boyu dəbdəbəli kurortlar, otellər, hündürmərtəbəli binalar və düşərgə sahələri kimimüxtəlif yaşayış infrastrukturlara malik olması ilə dədiqqət çəkir.
Kaputaş çimərliyi
Antalyanın ucqar qərbində, Kaş və Kalkanqəsəbələrinin yaxınlığında yerləşən Kaputaş çimərliyiillərdir bir çox turistin marşrutunda yer alaraq həmyerli əhalinin, həm də ziyarətçilərin sevimli istirahətməkanıdır.
Kaputaş çimərliyi kütləvi turizm zonası və böyükkurort otellərinə malik olmasa da ən məşhur turistik yerlərdən biridir.
Kekova
Kekova Antalya bölgəsinin Demre rayonuyaxınlığında, Kaleköy və Uçağız sahillərində yerləşənkiçik qayalıq bir adadır.
Adanın tarixi adı Doliçestdir. Kekova adasının şimalsahilində əksəriyyəti dənizin altında qalan şəhərin xarabalıqlarını görə bilərsiniz. Kekova adası qayıqgəzintilərinin əsas dayanacaqlarından biridir. Adanın qarşı tərəfində Uçağız və Kaleköy qəsəbələri yerləşir. Kekovanın qərb hissəsində, Tərsanə adlanan yerdə köhnə bir kilsənin qalıqları var. Yaşayış olmayan adanın bir hissəsində qayıqla getmək mümkün olan hostellər və kafelər yerləşir.
Side
Side Türkiyənin ən məşhur qədim şəhərlərindən biridir. Antalyanın Manavqat bölgəsində yerləşən Side tarixi abidələri və şəffaf dəniz suları ilə yerli və xarici turistləri özünə cəlb edir.
Qədim Pamfiliya bölgəsinin mühüm liman şəhərlərindən biri sayılan Side eramızdan əvvəl 7-ci əsrdə Roma dövründə mədəniyyət, elm və yepiskopluq mərkəzlərindən biri olmuşdur.
Side şəhərindəki tarixi yerlər arasında Apollon vəAfina məbədləri, Selqe xarabalıqları və müxtəlif qədimteatrlar keçmişə səyahət hissi oyadan tarixin izlərinihələ də qoruyub saxlayır.