Araşdırmaçı Jurnalistlər Birliyinin Baş katibi Şəfayət Avnıbəyli 7 saylı poliklinikada haqsızlıqla üzləşib.
Bu barədə 32gun.az-a Şəfayət Avnıbəylinin özü bildirib. Onun sözlərinə görə, bu gün 12 yaşlı övladını sözügedən poliklinikaya apararaq sistem köçürmək istəyib.
Lakin ona bildirilib ki, Baş həkim sistem köçürməyi qadağan edib. “Uşaq tənginəfəslik və mədə pozulması üzünüdən gecə 3 dəfə qaytarıb. Səhər 7 saylı poliklinikaya apardım ki, sistem köçürsünlər. Lakin sahə həkimi dedi ki, Baş həkim sistem köçürməyi qadağan edib. Təsəvvür edin, uşağın vəziyyətini dərhal qiymətləndirib tədbir görmək əvəzinə yerlərindən belə, durmadılar. Səbəb isə icbari sığortadır. Çünki bilirlər ki, onlara pul verilməyəcək, indi vətəndaşlar icbari sığorta ilə gəlirlər”, - deyə jurnalist bildirib.
Şəfayət Avnıbəylinin sözlərinə görə, poliklinikanın Baş həkiminə müraciət etsə də, nətici olmayıb. “Baş həkim Səriyyə xanım bildirdi ki, biz başqa həkimin yazdığı sistemi köçürmürük. Beləliklə, heç bir tədbir görmədilər”, - deyən jurnalist məsələ ilə bağlı Baş Porkurorluğa müraciət edəcəyini söyləyib.