Bu gün Xəzərdə baş verən faciədə həlak olan 58 yaşlı neftçi İlham Qafarovun meyiti axşam 20 radələrində dənizdən sahilə çıxarılıb.
MilliYol.Az lent.az-a istinadən xəbər verir ki, mərhum neftçinin ailəsi onun cənazəsini qarşılamaq üçün Sahil qəsəbəsinə - limana gedib.
Bu barədə hadisə yerində olan mərhumun qardaşı Davud Qafarov məlumat verib. Meyit sahilə gəmi ilə gətirilib.
Qeyd edək ki, mərhumun qardaşı Davud Qafarov hadisə baş verən an N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus başqa buruqda çalışırmış. Xoşbəxtlikdən Davud Qafarov faciə zamanı xilas ola bilib.
1958 il təvəllüdlü Bakı şəhəri, Ələt qəsəbəsinin sakini İlham Qafarov ailəli idi, onun 3 övladı var.
Dənizə düşən 10 nəfərdən meyiti tapılan yeganə neftçi İ.Qafarovun ailəsi ilə son söhbətinin də məğzi məlum olub. Qəza baş verməzdən əvvəl həyat yoldaşı ilə danışan İ.Qafarov ona belə deyib: “Külək aləmi dağıdır. Kəlmeyi-şəhadəti deyib, oturmuşuq. Gözləyirik”.
Xatırladaq ki, bu gün səhər saatlarında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində 10 nəfər dənizdə itkin düşüb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...