Tanınmış aparıcı Jalə Həsənli İctimai Televiziyadan (İTV) ayrılıb.
MilliYol.az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb:
"Artıq bir müddətdir ki, İctimai Televiziya ilə yollarımız ayrılıb! İctimai TV-nin mənim həyatımda çox fərqli bir yeri oldu. TV fəaliyyətimdə unuda bilməyəcəyim iki hadisə məhz bu kanalda yaşandı. İllərdir arzusunda olduğumuz qələbə xəbərinin ilk sədasını bu kanal vasitəsi ilə tamaşaçılarımıza çatdırdım. Bu xəbər mənə bir anın içində minlərlə sevgi, hörmət qazandırdı. O xəbərdən 2 il keçsə də hələ də məni görəndə qələbə xəbərini xatırlayıb, gözləri dolan insanlar görürəm. Var olun”.
Sonda o, İTV-i rəhbərliyinə və kollektivə təşəkkür edib.
Qeyd edək ki, aparıcı İTV-dən bir müddət əvvəl ayrılsa da, xəbəri indi açıqlayıb.