Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq səfirin qardaşına yüksək vəzifə verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nəsimi Məzi oğlu Şikarov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsindən geri çağrılıb.
Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Nəsimi Şikarov DİN-in Baş Cinayət Axtarışı İdarəsində idarə rəisinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nəsimi Şikarov məşhur diplomat, Azərbaycanın BƏƏ, Pakistan və Əfqanıstandakı keçmiş səfiri Daşqın Şikarovun qardaşıdır.
Digər xəbərlər
loading...