Yeni yaradılan DOST İnfrastruktur Mərkəzinə direktor təyin olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə təşkilatı olan "DOST İnfrastruktur Mərkəzi" MMC DOST Agentliyinin Müşahidə Şurasının 24 iyun 2022-ci il tarixli 2 nömrəli qərarı ilə təsis edilib.
Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müavif əmri ilə Tural Qəniyev DOST İnfrastruktur Mərkəzinin direktoru təyin olunub.
Qeyd edək ki, mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların inzibati binalarının tikintisinin təmin edilməsi, bu istiqamətdə ilkin layihələndirilmə, layihə-smeta sənədlərinin hazırlanmasına nəzarət, zəruri rəylərin alınması, tikinti prosesinə cəlb olunmuş podratçı təşkilatlarla koordinasiyanın təşkili və nəzarət, ümumilikdə tikinti planına uyğun olaraq işlərin vaxtında aparılmasının və tikintisi başa çatmış yeni inzibati binaların istismara verilməsinin təşkil edilməsi kimi önəmli vəzifələri yerinə yetirir.