Prezident İlham Əliyevin sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Əkbər Abbasov bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyində işləyib.
Qaynarinfo xəbər verir ki, o, Kənd Təsərrüfatı Nazirliyininin Aqrar Elm və İnnovasiya Mərkəzində direktor vəzifəsində çalışıb.
Əkbər Abbasov həm də Yüksəliş Müsabiqəsinin finalçılardandır.
1988-ci ildə anadan olan yeni icra başçısı Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Avropa London Biznes Məktəbində Maliyyə Menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura təhsili alıb.
Əkbər Abbasov 2004-2005-ci illərdə Prezident təqaüdünə layiq görülüb.