Azərbaycanda dörd tanınmış xanımın iştirakı ilə maraqlı layihə təqdim olunub.
MilliYol.Az xəbər verir ki, onlar müğənni Dilarə Kazımova, caz ifaçısı Ülviyyə Rəhimova Jones, İTV-də “Yeraltı” verilişinin aparıcısı Fidan Cəfərova və ilk rep deyən xanım Ülkər MC’Rain-dır.
“İsti – isti” adlı əyləncəli mahnının rejissorluğunu Ramal Nəsibli, beatmakeri Murad Pika, mix-masteringini Emin Kərim edib.
Ekran işinin təqdimatı üçün ayrıca bəstənin adı ilə YouTube və digər musiqi platformalarda hesablar açılıb və layihə ötən gün təqdim edilib.
Yay ab-havalı klipin mahnısında sosial mesajlar da verilib.
Digər xəbərlər
loading...