Rusiya Prezidenti Vladimir Putin rəsmi Moskvanın Ukrayna taxılının ixracını asanlaşdırmaq üçün şərtini açıqlayıb.
MilliYol.Az xəbər verir ki, dövlət başçısı Rusiyanın ərzaq məhsullarının ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması halında ixracı asanlaşdırmağı vəd edib.
"ABŞ ərzaq bazarında vəziyyəti yaxşılaşdırmaq istəyirsə, Rusiya taxıl ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmalıdır. Türkiyə və şəxsən prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının ixracı ilə bağlı razılığa gəlmək üçün çox işlər görüblər. Amma əvvəlcə biz məsələni elə qaldırdıq ki, Ukrayna taxılının ixracını asanlaşdıracağıq, lakin Rusiya taxılının mümkün ixracı ilə bağlı bütün məhdudiyyətlərin götürüləcəyindən də çıxış edirik. Biz bunu ilkin olaraq beynəlxalq təşkilatlarla razılaşdırdıq, onlar bütün bunları yığmağı öz öhdələrinə götürdülər”, deyə Putin bildirib.