Şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və müharibə veteranlarına daima diqqət və qayğı göstərilir, onların müraciətlərinə həssaslıqla yanaşılır.
13 iyul 2022-ci il tarixdə yerli mətbuatda və sosial şəbəkədə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun hərbi xidmətdə olmaması ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilir ki, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azərbaycan Politexnik İnstitutu nəzdində hərbi hazırlıq kursu keçib və ona 1982-ci ildə leytenant, 1986-cı ildə isə baş leytenant rütbəsi verilib.
Mətbuat xidməti həmçinin Siraqəddin Cabbarovun hərbi xidmət dövrünü əks etdirən və hərbi biletinin foto-şəkillərini ictimaiyyətə təqdim edib.
Bundan başqa bəzi mətbuat orqanlarında Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun paytaxtın Binəqədi rayonunda çoxsaylı obyektlərə sahib olması və icra başçısının hansısa bir xanıma villa hədiyyə etməsi ilə bağlı yalan böhtan xarakterli və qərəzli məlumatlar yayımlanıb.
Məbuat xidmətinin açıqlamasında bir daha mətbu orqanlardan və internet informasiya resurslarından, eyni zamanda sosial şəbəkə iştifadəçilərindən xahiş olunur ki, dəqiqləşdirilməmiş məlumatları yaymasınlar.
Həmçinin Sabirabad Rayon İcra Hakimiyyətinin Mətbuat Xidməti bildirir ki, İcra Hakimiyyətində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və müharibə veteranlarına daima diqqət və qayğı göstərilir, onların müraciətlərinə həssaslıqla yanaşılır. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial problemlərinin həlli istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür.