"Azərxalça" ASC-nin İdarə Heyətinin sədrinə daha bir müavin təyin edilib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, sözügedən vəzifə Emin Əfəndiyevə həvalə olunub və bununla da, qurumda sədr müavinlərinin sayı 2-yə çatıb. Ötən il Ceyhun Əlibəyov da müavin təyin edilmişdi.
Xatırladaq ki, E.Əfəndiyev 2018-2021-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin baş direktoru olub.
Digər xəbərlər
loading...