Kürdəmir rayon prokuroru Əlixan Əliyev səlahiyyət müddəti başa çatması ilə əlaqədar vəzifədən azad olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Kamran Əliyevin digər əmri ilə Əlixan Əliyev Baş prokurorun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru təyin olunub.
Baş prokurorun digər əmri ilə Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək, Kürdəmir rayon prokuroru təyin edilib.
Kamran Əliyev həmçinin Anar Əliyevi Ağdaş rayon prokuroru təyin edib.
Baş Prokurorluğun Mətbuat xidməti Qaynarinfo-ya faktı təsdiqləyib.
Digər xəbərlər
loading...