Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ölkənin hakim Mühafizəkarlar Partiyasının və hökumətinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.
Trend-in məlumatına görə, bu barədə L.Trass "The Daily Telegraph" qəzetinin saytında dərc olunan məqaləsində bildirib.
"Növbəti seçkilərə hazırlığa iki ildən də az vaxt qalıb. Çətin mübarizə olacaq, lakin Britaniya xalqına verdiyi vədlərə əməl etməklə qalib gəlmək olar. Mən insanlara rəhbərlik edə, vədləri yerinə yetirə və sərt qərarlar qəbul edə bildiyim üçün öz namizədliyimi irəli sürürəm", - deyə nazir qeyd edib.
Digər xəbərlər
loading...