Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abe vəfat edib.
MilliYol.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın NHK televiziyası məlumat yayıb.
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndəsinin sözlərinə görə, S.Abe Nara prefekturasındakı xəstəxanada dünyasını dəyişib.
12.35
Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abenin son durumu açıqlanıb.
MilliYol.Az “Sky News”a istinadən xəbər verir ki, onun vəziyyəti barədə ölkənin müdafiə naziri Nabuo Kisi məlumat verib.
Nazir keçmiş hökumət başçısının səhhətinin ağır olduğunu və ona qan köçürüldüyünü söyləyib.
Həmçinin S.Abeyə atəş açan 41 yaşlı Tetsuya Yamaqaminin polisə verdiyi ilkin ifadəsi mətbuata sızıb. O, müstəntiqlərə ifadəsində sabiq Baş nazirin siyasətindən narazı olduğunu və onu öldürmək istədiyini bildirib.
10.39
“Keçmiş Baş nazir Şinzo Abenin vəziyyəti kritikdir, həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni edir”.
MilliYol.Az xəbər verir ki, bunu Yaponiya Baş naziri Kişida Fumio deyib.
“Mən ümid edirəm və dua edirəm ki, o, sağ qalacaq. Biz motivləri və detalları bilmirik, polisin araşdırmasını gözləməliyik. Qətiyyətlə vurğulayıram ki, belə barbar hücumlara dözüm göstərmək olmaz, biz hökumət olaraq əlimizdən gələni edəcəyik”, - Baş nazir vurğulayıb.
Kişida qeyd edib ki, bu sui-qəsdin siyasi təsirləri barədə danışmaq tezdir və bu məsələ hökumət kabinetinin iclasında müzakirə olunacaq: “Təbii ki, hökumət istənilən ssenarini gözləyir və bu ssenarilərə hazır olacaq. Hökumət kabinetinin üzvlərinə göstəriş verilib ki, toplantı üçün Tokioya toplaşsınlar. Biz reallıqları nəzərə almalı, vacib adekvat cavablar verməliyik”.
09.26
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.
MilliYol.Az xəbər verir ki, hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Şahidlərin dediyinə görə, 2 atəş səsi eşidilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, Şinzo Abenin həyatını xilas etmək mümkün olmayıb. Bu barədə Britaniyanın maliyyə naziri Nadim Zahavi "Twitter"də bildirib.
"Yaponiyadan ürək ağrıdan xəbər gəldi. Baş nazir Şinzo Abe hücumçu tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib. Biz siyasətə xidmət etmək və dünyanı daha yaxşı bir yerə çevirmək üçün qoşuluruq, yaxşı insan bu nəcib məqsəd uğrunda həyatını itirdi. Əbədi hüzur içində yatsın", - nazir qeyd edib.
Artıq keçmiş Baş naziri güllələyən şəxsin kimliyi müəyyənləşib. NHK telekanalının məlumatına görə, o, Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqamidir.
Yaponiya hökuməti Şinzo Abeyə sui-qəsdlə bağlı böhran qərargahı yaradıb. Baş nazir Fumido Kisida Yamaqata prefekturasına səfərini yarımçıq qoyaraq paytaxt Tokioya qayıdaraq qərargaha rəhbərlik edir.
???? #URGENTE | La televisión publica de Japón muestra las primeras imágenes del momento del atentado contra Shinzō Abe. pic.twitter.com/FV4CBAMThz
— Mundo en Conflicto ???? (@MundoEConflicto) July 8, 2022
???????? URGENTE
— Josip Broz Tito (@YugoslaviaTito) July 8, 2022
El ex primer ministro de Japón, Shinzo Abe, habría recibido un disparo en el pecho en medio de un discurso.
???????? BREAKING
Former Japanese Prime Minister Shinzo Abe was reportedly shot in the chest in the middle of a speech. pic.twitter.com/ixnjw2O8Zz