Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov çətin situasiya qarşısında qalıb. Buna səbəb istifadəsiz qalan torpaqların məmurların əlindən alınması prosesində komitə sədrinin bəzi iri çinovniklərlə, məmur-oliqarxlarla “toqquşmaq” ehtimalıdır.
Qaynarinfo.az-a daxil olan məlumata görə, hazırda ƏMDK əsasən orta və kiçik ranqlı məmurların zəbt etdikləri torpaqların geri qaytarılması ilə məşğuldur. “Amma qarşıdakı mərhələdə kifayət qədər iri ranqlı məmurların - nazirlərin, nazir müavinlərin, nüfuzlu deputatların və icra başçılarının da qanunsuz yolla ələ keçirdikləri və təyinatındankənar yararlandıqları torpaqları da geri qaytarmaq lazım gələcək. Bu isə Kərəm Həsənovun özünə xeyli “düşmən” qazanmasını qaçılmaz edəcək” deyə məlumatı verən mənbə bildirib.
Mənbə məlum məsələnin birbaşa ölkə başçısının nəzarətində olduğunu, bu səbəbdən də hələlik ƏMDK sədrinin ciddi çətinlik çəkməyəcəyini deyib. “Nəzərə alsaq ki, belə torpaqların məmurların əlindən alınmasını və təyinatı üzrə istifadə olunmasını bilavasitə dövlət rəhbəri istəyir, belədə hansısa iri məmurun belə, zəbt etdikləri torpaqları təhvil verməmək üçün mqavimət göstərəcəyi ağlabatan deyil. Bu halda onların qəzəbə tuş gələcəyi və daha ağır formada cəzalandırıla biləcəyi qaçılmazdır” deyən mənbəmiz əlavə edib ki, sonradan müəyyən nüfuzlu vəzifə sahiblərinin Kərəm Həsənova qarşı gizli düşmənçşilik hissi bəsləməsi, ilk fürsətdə bunu onun hökumət daxilindəki mövqelərinin zəiflədilməsi üçün istifadə edəcəyi ehtimalı böyükdür.
Məlumata görə, hazırda Kərəm Həsənovu narahat edən də belə bir ehtimalın nə vaxtsa reallaşa biləcəyi təhlükəsidir. Bir sözlə, ƏMDK “şef”i yetərincə çətin durumla üzləşib. O, ölkə rəhbərliyinin itifadəsiz qalan, yaxud təyinatı üzrə istifadə edilməyən, qanunsuz zəbt olunmuş torpaqları geri qaytarmalı, eyni zamanda da özünə sonradan başağrısı yarada biləcək düşmənçiliklər qazanmamlıdır? Bəs ƏMDK sədri unu necə bacaracaq? Ümumiyyətlə, bacaracaqmı? Bu sualların ən dəqiq cavabını isə yəqin ki, zaman verəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...